')

Bu gün:


FutbolPress.Az | 297 gün sonra Qurbanovu əsəbləşdirən hadisə  –  yenə legioner

297 gün sonra Qurbanovu əsəbləşdirən hadisə  yenə legioner


oxunma sayı: 950 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında VI tura start verilib. Açılış oyununda “Qarabağ” öz meydanında “Sumqayıt”a qalib gəlib – 4:1.
 
Bu görüş Ağdam klubunun futbolçularının uzun fasilədən sonra qırmızı vərəqə ilə cəzalandırılması baxımından yaddaqalan olub. Baş hakim Orxan Məmmədovun qəzəbinə tuş gələn Miçel matçın 89-cu dəqiqəsində ikinci “sarı”dan qovulub.
 
Maraqlıdı ki, çox vaxt hisslərini büruzə verməyən Qurban Qurbanov həmin hərəkətə görə ispaniyalı yarımmüdafiəçiyə kəskin etirazını bildirib və əsəbi şəkildə onu soyunub-geyinmə otağına göndərib.
 
İntizamsız komanda sayılmayan “Qarabağ”da sonuncu belə hal hələ ötən mövsüm qeydə alınıb. II dövrənin “Qəbələ” ilə “Azersun Arena”da keçirilən qalmaqallı matçında (2:1) Rəhim Həsənov “süvarilər”i qırmızı vərəqə ilə cəzalandırıb. Həmin vaxt da meydandan kənarlaşdırılan legioner futbolçu olub. O zaman hələ əcnəbi oyunçu sayılan Riçard Almeyda Miçeldən belə demək mümkünsə, 1 dəqiqə sonra, özü də birbaşa qırmızı vərəqə ilə oyundan qovulub. Keçən ilin 29 noyabrında baş verən hadisədən 297 gün keçir.
 
Ümumiyyətlə, Qurban Qurbanovun komandası keçən mövsüm cəmi iki dəfə “qırmızı” görüb. Bunlardan biri Almeydanın passivindədisə, digəri Avropa Liqasının qrup mərhələsində səfərdə “Fiorentina” ilə görüşdə (1:5) cəzalandırılan Elvin Yunuszadənin “payına” düşüb.


oxunma sayı: 950 | Paylaş:




?>