Budaq oynadı, "Sportinq" uduzdu
Paylaş:
Portuqaliya Sequndasında VIII turun oyunlarına start verilib.
Azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası “Sportinq”in B komandası "Aroka" ilə üz-üzə gəlib. Matçda meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib.
Oyuna ehtiyat oyunçular skamyasında başlayan Budaq 62-ci dəqiqədə hesab 0:2 olarkən daxil olub.
8 turdan sonra aktivində 10 xal olan "Sportinq" cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
| Paylaş: