Messidən görünməmiş başlanğıc
Paylaş:
"Barselona"nın futbolçusu Lionel Messi İspaniya La Liqasında ilk 5 turdan sonra ən yaxşı nəticəsini göstərib.
2004-cü ildən Kataloniya klubunun əsas komandasında çıxış edən argentinalı ilk dəfə 5 matçda 9 qol vurub. Buna qədər onun ən yaxşı göstəricisi 2011/12 mövsümündə 8 dəfə fərqlənməsi idi.
Messi 9 qolun 2-ni "Alaves"ə, 3-nü "Espanyol"a, 4-nü isə "Eybar"a vurub.
| Paylaş: