')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" ÇL-də oynamağa layiq komandadı" - Kevin Strootman

"Qarabağ" ÇL-də oynamağa layiq komandadı" - Kevin Strootman


oxunma sayı: 314 Paylaş:

FutbolPressÇempionlar Liqasında qrup mərhələsinin II turunda "Qarabağ"ın qonağı olacaq Kevin Strootman həmin oyun barədə fikirlərini bildirib:

"Tvitter" hesabında azarkeşlən ona verdiyi suallarını cavablandıran hollandiyalı yarımmüdafiəçi Ağdam klubuna qarşı matçın çətin olacağını bildirib:

"Qarabağ"la oyun çox çətin olacaq. Komanda Çempionlar Liqasının qrup mərhələsinin birinci oyununda "Çelsi"yə 0:6 hesabı ilə uduzub. Buna görə də doğma meydanda qələbə qazanmaq istəyəcəklər".

Strootman "Qarabağ"ın ÇL-də oynamağa layiq komanda olduğunu söyləyib:

"4-5 saatlı təyyarə səfərimiz olacaq. "Qarabağ" Çempionlar Liqasında oynamağa layiq komandadı. Bunu da qrup mərhələsində öz azarkeşlərinə sübut etməyə çalışacaq. Bizim üçün çətin oyun olacaq".

"Qarabağ" - "Roma" oyunu sentyabrın 27-i keçiriləcək.


oxunma sayı: 314 | Paylaş:





?>