')

Bu gün:


FutbolPress.Az | Nazirlik: "Futbolçu 695 metr kabel oğurlayıb"

Nazirlik: "Futbolçu 695 metr kabel oğurlayıb"


oxunma sayı: 186 Paylaş:

FutbolPressDaxili İşlər Nazirliyi aralarında "Sumqayıt"ın futbolçusu Nicat Muxtarovun da olduğu kabel oğurluğu hadisəsi ilə bağlı məlumat yayıb.

Bildirilir ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da və 15-də şəhər ərazisində ümumilikdə 695 metr hava rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulublar.

Aparılan tədbirlərlə onların kabeli İnşaatçılar qəsəbə sakinləri Zaur Eyyubovun və Zaur İlyasovun işlədikləri metal qəbulu məntəqəsinə satmaları müəyyən edilib. Hər iki şəxs tutulub.


oxunma sayı: 186 | Paylaş:





?>