')

Bu gün:


FutbolPress.Az | Fərid "Slaviya"nın qələbəsində pay sahibi oldu

Fərid "Slaviya"nın qələbəsində pay sahibi oldu


oxunma sayı: 253 Paylaş:

FutbolPressAzərbaycanlı futbolçu Fərid Nəbiyev Çexiyanın “Slaviya” klubunda növbəti matçına çıxıb.

Futbolinfo.az xəbər verir ki, o, bu dəfə klubun U-19 komandasının yarışdığı ölkə birinciliyində forma geyinib. 19 yaşlıların çempionatında 6-cı tur çərçivəsində doğma meydanda “Banik Ostrava” ilə qarşılaşan Praqa təmsilçisi 1:0 hesabıyla qalib gəlib.

Fərid start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının yeganə qolunun ötürməsini də 85-ci dəqiqədə Fərid verib.

Fərid daha öncə “Slaviya”nın U-21 komandası ilə oyuna çıxsa da, sözügedən kollektivin bu gün səfərdə “Dukla” üzərində qazandığı 6:1 hesablı qələbənin iştirakçısı olmayıb.


oxunma sayı: 253 | Paylaş:




?>