Falkao: "...allahın mənimçün bir planı var"
Paylaş:
"Monako"nun kolumbiyalı legioneri Radamel Falkao Fransa Liqa-1-də mövsümə mükəmməl başlayıb. 6 oyuna 9 qol və 1 assist hücumçunu gündəmə gətirib.
Uzun müddət zədələr üzündən ideal formasından uzaq olan Falkao mediaya açıqlamasında deyib: "Zədələr hər idmançının karyerasında olur. Əsas odur ki, belə məqamda özünü toparlaya biləsən. Ümid edirəm ki, Allahın mənimçün bir planı var və bu, mənim yaxşı insan/yaxşı idmançı olmağa çalışmağımçün əsas səbəbdir".
| Paylaş: