')

Bu gün:


FutbolPress.Az | Paşayev oynadı, komandası qələbə qazandı

Paşayev oynadı, komandası qələbə qazandı


oxunma sayı: 253 Paylaş:

FutbolPressUkrayna Premyer Liqasında IX turun oyunların keçirilib.

Tur Azərbaycan yığmasının futbolçusu Pavel Paşayevin heyətində yer aldığı "Aleksandriya"nın çempionatda ilk qələbəsini qazanması ilə əlamətdar olub.

Komana doğma meydanda "Stal"ı qəbul edib. Görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab 1:1 olarkən (28-ci dəqiqə) Pavel Paşayev əvəzlənib. Buna səbəb onun zədələnməsi olub.

Bu qələbə sayəsində Pavel Paşayevin komandası turnir cədvəlində 7 xal ilə 9-cu pilləyə yüksəlib.


oxunma sayı: 253 | Paylaş:




?>