')

Bu gün:


FutbolPress.Az | "Belə istidə yaxşı oynamaq mümkün deyil" - Zaur Svanadze

"Belə istidə yaxşı oynamaq mümkün deyil" - Zaur Svanadze


oxunma sayı: 189 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının V turunun açılış matçında evdə “Sumqayıt”la 1:1 hesablı bərabərliyə qalan “İnter”in baş məşqçisi Zaur Svanadze matçsonrası mətbuat konfransı keçirib.

Gürcü mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib, daha sonra sualları cavablandırıb:

-    Qalib də gələ bilərdik, uduza da bilərdik. Zənnimcə, ədalətli nəticə qeydə alındı. Oyuna pis başladıq, ancaq fasilədən sonra daha yaxşı görünürdük. Bu cür istidə keyfiyyətli futbol sərgiləmək mümkün deyil. Özünüz də gördünüz ki, bəzi oyunçularımız meydançaya sərilib qalmışdı.

-    Oyunun başlama saatına etiraz etməmişdiniz? Ümumiyyətlə, bu saatı hansı ağıllı müəyyənləşdirib?
-    Bizə deyirlər ki, yayımçı telekanal müəyyənləşdirir. Başqa heç nə bilmirəm.

   Sizdən öncə həmkarınız qeyd etdi ki, işıqlandırma sistemində olan problemə görə, matç belə erkən başlayıb...
-    Mübahisə etmirəm. Bəlkə də elədi. Mən heç nə bilmirəm.


oxunma sayı: 189 | Paylaş:





?>