"Yuventus"un prezidenti cəzalandırıla bilər
Paylaş:
"Yuventus"un prezidenti Andrea Anyelli cəzalandırıla bilər. Buna səbəb onun bilet satışında saxtakarlığa yol verməsidi.
Anyellinin günahı sübuta yetirilsə o, 2,5 illik futboldan uzaqlaşdırıla bilər.
Əlavə olaraq, maxinasiyaya görə “Yuventus”un prezidentinin 50, klubunun isə 300 min avro məbləğində cərimələnməsi tələb olunur. Eləcə də Turin klubu 2 ev oyununu azarkeşsiz keçirə bilər.
| Paylaş: