')

Bu gün:


FutbolPress.Az | “CBC Sport”un Super Liqa naməlumluğu

“CBC Sport”un Super Liqa naməlumluğu


oxunma sayı: 1333 Paylaş:

FutbolPressBir müddət əvvəl “CBC Sport” rəsmən Türkiyə Super Liqasının yayım hüququna yiyələndiyini açıqlamışdı. Məlumata görə, artıq keçən həftədən, ən geci bu həftəsonu yayımlara başlanmalı idi. Ancaq hələ də məsələ ilə bağlı yenilik yoxdu.

“CBC Sport”un bu həftə üçün proqramında da Super Liqa oyunları yer almayıb. Bu isə maraqlı azarkeşlərin haqlı etiraz və suallarına səbəb olur. Ancaq kanal hər hansı açıqlama verməyib.

Məsələ ilə bağlı “CBC Sport”un baş direktoru Volkan Üstlə əlaqə saxladıq. Kanal rəhbəri əvvəlcə sualımızı eşitməyə razı olsa da, məhz Super Liqanın yayımı ilə maraqlandığımızı bilib, cavab verməkdən yayındı.  Volkan bəy bunu heç vaxt telefonla suallara cavab verməməsiylə əlaqələndirdi. Təbii olaraq müsahibimizin prinsipinə hörmətlə yanaşdıq.

Maraqlıdı ki, Super Liqanın yayımı hüququnun alındığı rəsmən açıqlandıqdan sonra Volkan Üst ilk açıqlamasını “FutbolPress”ə, özü də telefon danışığı zamanı vermişdi...


oxunma sayı: 1333 | Paylaş:




?>