Avropa Liqasında həftənin ən yaxşısı seçildi
Paylaş:
Avropa Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Styaua"nın (Rumıniya) yarımmüdafiəçisi Konstantin Budesku ən yaxşı oyunçu seçilib. O, 46 faiz səs toplayıb. Aleksandr Kokorin ("Zenit") 23 faiz səslə ikinci, Andre Silva ("Milan") 19 faiz səslə üçüncü olub.
Budesku Çexiyanın “Viktoriya” klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyunda dubla imza atıb.
| Paylaş: