"Bizə havayı yox, güclü futbolçular lazımdı" - Tərlan Əhmədov
Paylaş:
"Neftçi”nin yeni baş məşqçisi Tərlan Əhmədovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Elxan Abdullayev komandada nələr qoyub gedib?
- Elxan Abdullayevə təşəkkür edirəm. Hər şeyi onun üstünə yıxmaq olmaz. Komandada çatışmazlıqlar çoxdu. Futbolçularda özünəinam azdı. Hər məşqdə onlarda inamı qaytarmağa çalışıram. Onlar komanda yoldaşlarını qəbul etmirlər. Yerlilər bir, legionerlər başqa qruplaşmadı. Bunları aradan qaldırmağa çalışırıq. Zamana ehtiyacımız var. Fiziki durum çox da pis vəziyyətdə deyil. Amma hazır olduğumuzu demək olmaz.
- Bu posta təyin olunduqdan sonra Elxan Abdullayevlə əlaqə saxladız?
- Bir-iki dəfə cəhd elədim. Amma zəng çatmadı. Yəqin ki, oyundan sonra əlaqə saxlayacağıq. Əlini sıxıb halallığını alacağam.
- Məlumata görə, fiziki hazırlıq üzrə məşqçi Andrey Kalesnikovu göndərmək istəyirsiz...
- Çox şey yaza bilərlər. Kin saxlayan insan deyiləm. Mənim üçün işçinin, futbolçunun fərqi yoxdu. Sadəcə olaraq burda bir məqam var: "Neftçi" Azərbaycan futbolinun tarixidi - Qız Qalası, Şirvanşahlar sarayı kimi. Burda həmişə dahi futbolçular, məşqçilər olub. Konkret Kalesnikova gəlincə, böyük təcrübəsi yoxdu. Mən də fikirləşirəm ki, fiziki cəhətdən problem varsa, daha səviyyəli məşqçi dəvət olunmalıdı. Yaxın müddətdə fiziki hazırlıq üzrə məşqi dəyişikliyi olacaq. Amma hələ ki, Kalesnikov öz vəzifəsindədi. Başqa məşqçilərlə danışıqlar aparırıq.
- Büdcə ilə bağlı AZAL-la çox fərq var?
- Yerlə göy qədər. Heç bir narazılıq ola bilməz. Məni büdcə maraqlandırmır, tələblərim başqadı. Nə qədər mülayim olsam da, sərt qərarlarım da var. İşdə məsuliyyətsizliyi bağışlamıram. Bu məsələdə məndə insaf yoxdu.
- "Neftçi"yə gəldiyiniz ərəfədə adınız U-21 millisiylə də hallandı...
- Xeyr, heç bir danışığımız olmayıb. Mən də mətbuatdan oxudum. Bu məsələ, ümumiyyətlə, gündəmdə olmayıb.
- Özünüz müdafiəçi olmusuz. Bu gün "Neftçi"nin arxa xətti sizi qane edir?
- Məğlubiyyətlərə səbəb tək müdafiəçilər deyil. Hamı məsuliyyət daşıyır. Müdafiə hücumdan başlayır. İnamsızlıq qlobal problemə çevrilib. 4 gündü ki, oyunları izləyirəm. Komandada xətlər arası anlaşma yoxdu. Müdafiədə də, orta xətdə də, hücumda da problem var. Rəşadı ona görə dəvət etdim ki, müdafiə ilə yarımmüdafiə arasındakı boşluğu dolduraq. Uzun marafonlu yarışı qazanmaq istəyirsənsə, müdafiən mühkəm olmalıdı.
- Vaqif Cavdov, Rusan Əmircanov, Rail Məlikov "Neftçi"yə gələ bilər?
- Bu barədə düşünmürəm. Qışa qədər əsas məqsəd xal ehtiyatımızı artırmaqdı. Ruslan və Vaqif haqda da mənə deyilib. Amma belə planımız yoxdu. Qarşımıza məqsədlər qoymuşuqsa, yüksək ödənişli futbolçular transfer etməliyik. Komandaya havayı futbolçu yox, güclü futbolçular cəlb etməliyik.
- Azad agent statusu daşıyan Emin Mahmudvun transferi nə yerdədir?
- Emin Mahmudov söhbəti bağlanmayıb. Millinin də oyunçusudu. Hər birimiz çox istəyirik ki, o futbolsuz qalmasın. Bizə uyğun futbolçudu. Klubda görmək istəyirəm. Bu məslə ilə klub rəhbərliyi məşğuldu. Bu gün məşqimizdə iştirak edəcək. Dünənki məşqdə hiss olundu ki, fiziki durumu yaxşı deyil.
- Qarşınızda hansı məqsəd qoyulub?
- Qışa qədər çox xal qazanmağa çalışacağıq. Fasilə zamanı sonra yeni futbolçular cəlb edəcəyik. Çalışacağıq ki, əvvəlki "Neftçi"də olduğu kimi heyətimizə səviyyəli futbolçular cəlb edək. Rəhbərlik bütün səlahiyyəti mənə verib. Bütün problemlərin məsuliyyəti mənə həvalə edlib.
- Böyükağa Hacıyev deyir ki, uğur resepti məndədi. Ondan həmin resepti aldız?
- Əvvəla, Böyükağa müəllimə Allah şəfa versin. İkincisi, onunla hər hansı danışığımız olmayıb.
- "Zirə" ilə oyunda heyətdə dəyişiklik olacaq?
- 3-4 dəyişikik edəcəyik. Rəşadı start heyətdə görəcəksiz. O, bitmiş futbolçu deyil. Cəmi ayyarım futboldan uzaq aalıb. Rəşadın təcrübəsi bizə fayda verəcək. Məsələn, zədəli olsa belə Rəşad Sadıqovun meydanda olması "Qarabağ"a çox xeyir verir.
- "Zirə" ilə oyunda hansı nəticə sizi qane edəcək?
- Biz meydana yalnız 3 xal üçün çıxacağıq.
- "Neftçi"nin çemöpionat çərçivəsində heç vaxt "Zirə"ni məğlub etmədiyini bilirsiz?
- Bundan xəbərim var. Sabah hər şeyi görəcəksiz. Ötən 4 aydan fərqli olaraq daha istəkli "Neftçi" olacaq meydanda.
- "Neftçi" 2012/2013-cü il mövsümündə rəhbərliyiniz altında 10 oyunda 21 xal toplamışdı. İndi də bu mümkündü?
- Çox şey dəyişib. O vaxt komandanı yaxşı tanıyırdım. İndi isə cəmi 5 gündü burdayam. Konkret neçə xal toplayacağımızı deyə bilmərəm.
- Futbolçulara uğursuzluğa görə cəza nəzərdə tutulub?
- Bəli, tək uğursuzluğa görə yox, bütün məsələlərdə cəzalarla bağlı kodeksimiz hazırdı. Futbolçu yüksək məbləğdə maaş alırsa, cəzalara hazır olmalıdır.
| Paylaş: