Ukrayna - Azərbaycan oyununun vaxtı açıqlandı
Paylaş:
17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin təqvimi açıqlanıb. 11-ci qrupda mübarizə aparacaq Azərbaycan yığmasının oyunlarının vaxtı dəqiqləşib.
Millimizin çıxış etdiyi qrupun görüşləri Bolqarıstanda baş tutacaq. Komandamız ilk matçında İrlandiya ilə üz-üzə gələcək.
II turda Ukrayna ilə qarşılaşacaq yığma son turda meydan sahibləri ilə görüşəcək.
10 oktyabr
17:00. İrlandiya – Azərbaycan
13 oktyabr
17:00. Ukrayna – Azərbaycan
16 oktyabr
19:00. Bolqarıstan – Azərbaycan
| Paylaş: