“Qarabağ” Milan klublarından öndə – UEFA reytinqi
Paylaş:
UEFA Avropa klublarının yeni reytinq cədvəlini açıqlayıb.
Siyahıda Azərbaycanın da 7 klubu yer alıb. Söhbət “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “İnter”, “Zirə”, “Kəpəz” və artı fəaliyyət göstərməyən “Xəzər Lənkəran”dan gedir.
Ən yaxşı göstərici yenə “Qarabağ”dadı. Ağdam klubu 18,500 xalla 67-ci pillədə qərarlaşıb. Azərbaycan çempionu yeni reytinq cədvəlində “Milan”, “Trabzonspor”, “Dinamo” (Zaqreb), “Everton”, “İnter”, “Olimpik” (Marsel) kimi məşhur klubları qabaqlayır.
Digər klublarımızdan “Qəbələ” 5,250 xalla 184-cü sıraya düşüb. Qalan 5 klubumuz isə 241-ci sıranı bölüşürlər.
| Paylaş: