')

Bu gün:


FutbolPress.Az | “Panatinaikos”u keçməyin real olduğunu düşünsəydim...”   –  Qriqorçuk

“Panatinaikos”u keçməyin real olduğunu düşünsəydim...”  Qriqorçuk


oxunma sayı: 338 Paylaş:

FutbolPress“Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk ölkəsinin mətbuatına müsahibə verib. “Zbirna”ya danışan mütəxəssis “qırmızı-qaralar”ın avrokubokdakı çıxışı və Azərbaycanda futbola maraq barədə də fikrilərini bildirib.

Təcrübəli çalışdırıcı komandasının bu mövsüm Avropa Liqasında çox irəliləyə bilməməsi haqda bunları deyib:

“Panatinaikos”u keçməyin bizim üçün real olduğunu düşünsəydim, üzülərdim. Biz hələ əvvəlki mərhələdə “Yagelloniya”ya uduza bilərdik. Çünki bu komanda həmin vaxt güclü və yaxşı təşkilatlanmış idi. Elə alındı ki, “Qəbələ” rəqibini mübarizədən kənarlaşdırmağı bacardı. Mən gördüm ki, bu, komandam üçün maksimum nəticədi”.

Qriqorçuk Azərbaycanda əsasən avrokubok matçlarına və millinin oyunlarına marağın olduğunu söyləyib:

“Avrokubok oyunlarını Azərbaycanda prioritet saymaq olar. Bunu azarkeşlərin oyunlara olan marağı ilə izah edə bilərəm. Stadionlarda anşlaq, demək olar ki, Çempionlar Liqası, Avropa Liqası görüşlərində və milli komandanın matçlarında olur”.


oxunma sayı: 338 | Paylaş:





?>