')

Bu gün:


FutbolPress.Az | I Divizionda 10 komanda

I Divizionda 10 komanda


oxunma sayı: 294 Paylaş:

FutbolPressAzərbaycan çempionatının I Divizionunda oynayacaq komandalar müəyyənləşib. Yarışda 10 klub mübarizə aparacaq.

Sentyabrın 9-da AFFA və PFL-in birgə komissiyası I Divizionda çıxış etmək istəyən klublardan daxil olan müraciətlərə baxaraq, sənədlərini tam təqdim etməyən komandalara bir neçə gün vaxt vermişdi.

Bu gün hər iki qurumun birgə komissiyası növbəti iclasını keçirərək, təqdim olunan sənədləri, peşəkarlığı və ötən mövsüm danışılmış oyunlarla bağlı  UEFA-dan daxil olan  məlumatları nəzərə almaqla  I divizionda iştirak edəcək komandaların adlarını təsdiqləyib. “Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan”, MOİK klublarından başqa, “Binə” və “Xəzər”in də I Divizionda iştirakına icazə verilib.

Sonuncu iki komanda ilə yanaşı, əlavə vaxt alan 6 klub isə yarışa buraxılmayıb. Bunlar “Bakılı”, “Şahdağ-Qusar”, “Göyəzən”, “Göyçə”, “Karvan” və “Energetik”di.

I Divizionda çıxış etmək  hüququ qazana bilməyən komandaların oynaması üçün həvəskar statuslu “Region Liqası”nın yaradılması ilə bağlı layihə İcraiyyə Komitəsinə təqdim olunacaq.


oxunma sayı: 294 | Paylaş:




?>