')

Bu gün:


FutbolPress.Az | Azərbaycan millisi gerilədi – FIFA reytinqi

Azərbaycan millisi gerilədi – FIFA reytinqi


oxunma sayı: 354 Paylaş:

FutbolPressMilli komandaların növbəti FIFA reytinqi açıqlnıb. Ötən siyahı ilə müqayisədə bir sıra dəyişikliklər baş verib. Buna DÇ-2018-in seçmə mərhələsinin oyunları səbəb olub.

Dəyişikliklər Azərbaycan millisindən də yan keçməyib. Seçmə mərhələdə Norveçə (0:2) uduzub, San-Marinonu (5:1) məğlub edən yığmamız geriləyib. Bu həm xal hesabında, həm də mövqe baxımından baş verib.

Xalı 427-dən 388-ə qədər azalan yığmamız 13 pillə geri düşüb. Keçən siyahıda 79-cu olan milli 92-ci pilləyə yuvarlanıb
 
Azərbaycan hazırda Fələstin (91) və Farer Adaları (93) ilə “qonşu”du.

Yığmanın DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən yalnız San-Marinonun mövqeyi dəyişməz qalıb. Qrupun autsayderi 204-cüdü. Digər rəqiblərimizin mövqeyində isə dəyişiklik baş verib.

Ən yaxşı nəticə yenə Almaniyadadı. Bundestim 1 pillə irəliləyərək zirvəni ələ keçirib. 3 pillə qabağa düşən Şimali İrlandiya hazırda dünyanın 20-ci ən güclüsüdü. Ötən siyahıda 85-ci olan Norveç Azərbaycanı məğlub etməsi sayəsində 12 pillə irəliləməyə nail olub – 73-cü yer.

Rəqiblərimizin arasında yeganə geriləyən Çexiya olub. Millinin gələn ay Bakıda qəbul edəcəyi komanda 18 pillə geri düşüb və hazırda 58-cidi.

Dünyanın ən güclü 10 komandasının mövqeyində də dəyişikliklər baş verib. “Onluğ”un tərkibində olduğu kimi qalsa da, orda olan komandalar hamısı mövqelərini dəyişiblər.

İlk “onluq” belədi:

1 (2). Almaniya - 1606
2 (1). Braziliya - 1590
3 (6). Portuqaliya - 1386
4 (3). Argentina - 1325
5 (9). Belçika - 1265
6 (5). Polşa - 1250
7 (4). İsveçrə - 1210
8 (10). Fransa - 1208
9 (7). Çili - 1250
10 (8). Kolumbiya - 1191


oxunma sayı: 354 | Paylaş:




?>