')

Bu gün:


FutbolPress.Az | Koke: "Bizi Azərbaycana çətin səfər gözləyir"

Koke: "Bizi Azərbaycana çətin səfər gözləyir"


oxunma sayı: 114 Paylaş:

FutbolPressÇempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Atletiko"nun futbolçusu Koke açıqlama verib.

O, ÇL-də ilk hədəflərinin qrupdan çıxmaq olduğunu deyib:

"İlk hədəf qrupdan çıxmaqdı. Bizi "Roma" və "Çelsi" ilə ağır oyunlar, eləcə də Azərbaycana çətin səfər gözləyir. İlk matçda "Roma"ya qarşı pis oynamadıq. Lakin bu, 3 xal qazanmağımız üçün kifayət etmədi. Rəqibin müdafiə xətti və qapıçısı yaxşı təsir bağışladı. "Roma" çox yaxşı komandadır".

 "Qarabağ" - "Atletiko" oyunu oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək.


oxunma sayı: 114 | Paylaş:





?>