')

Bu gün:


FutbolPress.Az | ÇL-in yeni rekorduna "Qarabağ "töhfə"si

ÇL-in yeni rekorduna "Qarabağ "töhfə"si


oxunma sayı: 417 Paylaş:

FutbolPressÇempionlar Liqasında yeni rekord müəyyənləşib. 2004-cü ildən indiki formatda keçirilən turnirdə ən məhsuldar ilk tur qeydə alınıb.

Baş tutan 16 görüşdə ümumilikdə 54 qol qeydə alınıb ki, bu da heç vaxt görünməyən göstəricidi. Rekordu "Beşiktaş"ın futbolçusu Rayan Babel rəsmiləşdirib. Onun "Portu"ya vurduğu qol I turun sonuncu - 54-cü qolu olub.

Xüsusi məhsuldarləğa "Qarabağ" da "töhfə" verib. Səfərdə "Çelsi"yə 0:6 uduzan debütantın matçı ilk turun ən məhsuldar oyunu olub.

2004-cü ildən öncəki ən yüksək göstərici isə 2000/01 mövsümündə qeydə alınıb. Ancaq vurulan 63 qol həmin formata görə ikinci qrup mərhələsində vurulub.

ÇL-də ilk tur üçün qol sayı

2003/04 - 40
2004/05 - 31
2005/06 - 37
2006/07 - 42
2007/08 - 36
2008/09 - 36
2009/10 - 37
2010/11 - 44
2011/12 - 32
2012/13 - 43
2013/14 - 53
2014/15 - 43
2015/16 - 48
2016/17 - 50
2017/18 - 54


oxunma sayı: 417 | Paylaş:





?>