')

Bu gün:


FutbolPress.Az | Ölkə çempionatlarının kəskin səviyyə fərqi - Uğursuz debütə başlıca səbəb

Ölkə çempionatlarının kəskin səviyyə fərqi - Uğursuz debütə başlıca səbəb


oxunma sayı: 673 Paylaş:

FutbolPressUEFA-nın rəsmi saytı dünən Çempionlar Liqasında keçirilən “Çelsi” – “Qarabağ” (6:0) oyunu barədə yazı hazırlayıb. Matç barədə dəyərləndirmə xarakterli materialda bir sıra məqamlara toxunulub.

Qeyd edilib ki, Çempionlar Liqasındakı ən böyük hesablı qələbəsini təkrarlayan “Çelsi”, əslində heç də ən yaxşı oyununu göstərməyib:

“Çelsi” – “Qarabağ” oyununda demək olar ki, hər şey baş verdi. Londonlular istənilən zövqdə qol vurdular. İlk hissədə iki dəfə fərqlənən Kontenin komandası fasilədən sonra bunun iki qatına nail oldu.

Demək olmaz ki, “Qarabağ” meydanda çaşqın görünürdü, ancaq səviyyə fərqi aşkar idi. Bu, xüsusilə ikinci qoldan sonra özünü göstərdi. Davide Zappakosta qapını düşünməsə belə top tora qovuşdu. Bundan sonra isə Şehiçin qoruduğu qapıya vurulan qolların ardı-arası kəsilmirdi.

6 qolluq qələbə Çempionlar Liqasında “Çelsi”nin rekordunun təkrarı idi. Ən önəmlisi odu ki, londonlular matçı çox güc sərf etmədən qazandılar. Fərq daha böyük ola bilərdi. “Qarabağ”ın isə rəqib qapısı önündə bir neçə ümidsiz cəhddən başqa nə iləsə yadda qaldığını demək olmaz”.

Yazının müəllifi hesab edir ki, “Qarabağ”ın debütünün uğursuz alınması İngiltərə və Azərbaycan çempionatları arasındakı kəskin fərqdən qaynaqlanır:

“Qarabağ”ın uğursuz debütünü bir çox səbəblə əlaqələndirmək olar, ancaq onlardan ən əhəmiyyətlisi bu iki ölkə - İngiltərə və Azərbaycan çempionatları arasındakı kəskin səviyyə fərqidi. İstənilən halda, “Qarabağ”ın “Çelsi” ilə qarşılaşması klub üçün böyük hadisə və əla təcrübə oldu.

Son olaraq, turnir yeni başlayıb və Ağdam klubunun Avropaya sürpriz etmək imkanı hələ də var”.


oxunma sayı: 673 | Paylaş:





?>