')

Bu gün:


FutbolPress.Az | AFFA-dan Ayxan Abbasova xəbərdarlıq

AFFA-dan Ayxan Abbasova xəbərdarlıq


oxunma sayı: 134 Paylaş:

FutbolPressAFFA İntizam Komitəsinin iclası keçirilib. Toplantıda Topaz Premyer Liqasında və əvəzedicilərin yarışında IV turda baş verənlərə hüquqi qiymət verilib:

“Qəbələ” – “Zirə” matçının 90+1-ci dəqiqəsində qonaq komandanın baş məşqçisi Ayxan Abbasov oyunun baş hakiminə qarşı emosional şəkildə etiraz etdiyi üçün ona xəbərdarlıq edilib. Bildirilib ki, bu hal yenidən baş verəcəyi təqdirdə məşqçi cəzalanacaq.

Əvəzedici heyətlərin yarışının “Qəbələ" – “Zirə” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimələnibş

Əvəzedici heyətlərin yarışının “İnter" – “Kəpəz” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur. 


oxunma sayı: 134 | Paylaş:




?>