18 il sonra 3-cü dəfə
Paylaş:
"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu keçirib. Təmsilçimiz Londonda "Çelsi"nin qonağı olub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsiylə başa çatıb - 6:0.
Qeydə alınan hesab Ağdam klubunun avrokuboklar tarixində antirekordunun təkrarlanması anlamına gəlib. "Süvarilər" bunadək də iki dəfə altı top fərqinə məyus olub.
Bunların hər ikisi ötən əsrə təsadüf edib. Əvvəlcə 1998-ci ildə səfərdə "Kopenhagen"ə 6 cavabsız qolla uduzan əyalət klubu, bir il sonra Fransa "Monpelye"sinə də eyni hesabla məğlub olub.
"Çelsi" ilə dünənki matçda antirekord 18 ildən sonra təkrarlanıb. Bu, həm də Qurban Qurbanovu rəhbərliyi altında komandanın ən acınacaqlı məğlubiyyəti kimi tarixə düşüb.
| Paylaş: