Qrizmann növbəti mövsüm "qırmızı şeytan" olacaq
Paylaş:
İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted” “Atletiko”nun (Madrid) şərəfini qoruyan Antuan Qrizmannın transfer məsələsində sona yaxınlaşmaq üzrədi.
“Qırmızı şeytanlar” 26 yaşlı hücumçunun 100 milyon avroluq sərbəst qalma məbləğini ödəyərək keçidi reallaşdıracaq.
Bildirilir ki, gələn mövsümün transfer çalışmlarını indidən başlayan “Mançester Yunayted” Qrizmannla şəxsi razılığa gəlib və fransız futbolçu yeni klubunda 7 nömrəli formanı geyinəcək.
| Paylaş: