')

Bu gün:


FutbolPress.Az | Montella "Milan"da qalır

Montella "Milan"da qalır


oxunma sayı: 122 Paylaş:

FutbolPress“Milan” rəhbərliyi baş məşqçi Vinçentso Montella ilə yollarını ayırmağı düşünmür.

A seriyasının üçüncü turunda “Latsio”dan alınan böyükhesablı məğlubiyyət (1:4) fanatlar tərəfindən narazılıqla qarşılanıb. Hətta Montellanın tezliklə istefaya göndəriləcəyi barədə xəbərlər də yayılmışdı.

Lakin klub rəhbərliyi Montellanı dəstəkləyib. “Milan”ın direktoru Marko Fassone 43 yaşlı mütəxəssislə söhbət zamanı hər hansı istefa barədə müzakirə aparılmadığını, məşqçiyə inamlarının sonsuz olduğunu qeyd edib.

Bununla belə, klubun çinli sahibləri “Milan”ın “Latsio”dan alınan yenilginin əvəzini Avroliqanın qrup mərhələsinin ilk turunda “Austriya”ya qarşı keçiriləcək görüşdə çıxacağını düşünür.


oxunma sayı: 122 | Paylaş:




?>