"El Klasiko"nun vaxtı dəyişdirildi
Paylaş:
İspaniya La Liqasında mövsümün ilk "El Klasiko"sunun vaxtı dəyişdirilib. 17-ci turunda keçiriləcək "Real" - "Barselona" görüşü əvvəlcədən nəzərdə tutulduğu kimi, dekabrın 20-i yox, 23-də oynanılacaq.
Buna "kral klubu"nun 6-16 dekabrda klublararası dünya çempionatında iştirak etməsi səbəb olub. Sıx qrafikə görə "Barselona" ilə oyunun vaxtının dəyişdirilməsiylə bağlı federasiyaya müraciət edən madridlilərin istəyi qəbul edilib.
| Paylaş: