"Qarabağ" "Səbail"ə uduzdu
Paylaş:
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində də 4-cü tura start verilib.
Açılış matçında “Səbail” “Qarabağ”ı qəbul edib. Binə qəsəbə stadionunda keçirilən oyunda səbaillilər 2 cavabsız qolla qalib gəliblər. Hər iki qolu penaltini dəqiq yerinə yetirən Aslan Hüseynov vurub.
Əvəzedicilərin çempionatı
4-cü tur
9 sentyabr
“Səbail” – “Qarabağ” 2:0
Qollar: Aslan Hüseynov, 32-pen.; 71-pen.
| Paylaş: