')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın Gənclər Liqasındakı oyunlarının vaxtı

"Qarabağ"ın Gənclər Liqasındakı oyunlarının vaxtı


oxunma sayı: 147 Paylaş:

FutbolPressGənclər Liqasının qrup mərhələsində I dövrənin təqvimi açıqlanıb. Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ”ın U-19 komandasının da ilk üç oyununun vaxtı müəyyənləşib.

Ağdam klubunun U-19 kollektivi də C qrupunda “Çelsi” (İngiltərə), “Atletiko” (Madrid, İspaniya) və “Roma” (İtaliya) ilə mübarizə aparacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu bu kollektiv ilk oyununu Londonda “Çelsi”yə qarşı keçirəcək. Növbəti iki matçda isə Ağdam klubunun gəncləri doğma meydanda “Roma” və “Atletiko” ilə münasibətlərinə aydınlıq gətirəcəklər.


UEFA Gənclər Liqası
C qrupu

12 sentyabr

14:05. “Çelsi” - “Qarabağ”
“Çelsi”nin Təlim-Məşq Bazası.

27 sentyabr
12:00. “Qarabağ” - “Roma”

“Azərsun Arena”.

18 oktyabr
12:00. “Qarabağ” - “Atletiko”

Bakı. “Azərsun Arena”.


oxunma sayı: 147 | Paylaş:




?>