"Kəpəz" "Dalğa Arena"da məşq edir
Paylaş:
“Kəpəz” çempionatın IV turunda qarşılaşacağı “İnter” ilə oyunun hazırlıqlarını davam etdirir. “Qaradağ Lökbatan”a qarşı yoxlama matçından sonra bir gün istirahət edən komanda üzvləri dünəndən yenidən bir araya gəliblər. “Sarı-göylər” “Dalğa Arena”nın süni örtüklü meydançasında məşq edirlər.
Oyun öncəsi son hazırlıq prosesi isə görüşün keçiriləcəyi “İnter Arena”da olacaq. “Kəpəz” sentyabrın 8-də saat 17:00-da qeyd olunan stadionda məşqə çıxacaq.
| Paylaş: