')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" "Rosenborq"u məğlub etdiyi vaxtdan yadımda qalmışdı"

"Qarabağ" "Rosenborq"u məğlub etdiyi vaxtdan yadımda qalmışdı"


oxunma sayı: 340 Paylaş:

FutbolPress“Qarabağ”ın yeni transferi Tarik Elyunussi artıq Bakıdadı. Norveçli futbolçu bu gün Ağdam klubunun sıralarına qoşulub.

29 yaşlı oyunçu "Qarabağ"a keçidiylə bsağlı klubun rəsmi saytına açıqlama verib:

“Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm. Təklif gələndə təəccüblənmədim. “Qarabağ” “Rosenborq”u məğlub etdiyi vaxtdan yadımda qalmışdı.

Komandanın gücü bəllidi. Bu mövsüm Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq, güclü qrupda yer almışıq. Amma buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, “Qarabağ”ı layiqincə təmsil edək. Buna da inanıram. Komandanın son günlərdə hücumameyilli futbolçular transfer etdiyini bilirəm. Bu rəqabət ancaq xeyrimizə olacaq, keyfiyyətin artmasına kömək edəcək. Mən də “Qarabağ”ın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”.



oxunma sayı: 340 | Paylaş:




?>