')

Bu gün:


FutbolPress.Az | "Liverpul" Koutinyo üçün 200 milyon istəyib

"Liverpul" Koutinyo üçün 200 milyon istəyib


oxunma sayı: 313 Paylaş:

FutbolPress"Liverpul" futbolçusu Filipe Koutinyo üçün "Barselona"dan 200 milyon avro istəyib. Bu barədə Kataloniya klubunun direktoru Albert Soler məlumat verib.

O, bildirib ki, ingilislərin son gündə belə məbləğ tələb etməsi transferin alınmamasına səbəb olub:

"Neymarın gedişindən sonra hər kəsə bəlli idi ki, əlimizdə kifayət qədər pul var. Buna görə də qiymətlər get-gedə yüksəldilirdi. Koutinyo ilə bağlı danışıqların son günündə "Liverpul" bizdən 200 milyon avro istədi. Belə risk edə bilməzdik. Bu, yeni futbolun real üzüdü və biz ona uyğun davranmadıq".

"Barsa" Mersisayd klubuna 16 milyon ödəməyə hazır olub.


oxunma sayı: 313 | Paylaş:




?>