')

Bu gün:


FutbolPress.Az | Yağışlı Oslo, islanmış ümidlər (QEYD + FOTOLAR)

Yağışlı Oslo, islanmış ümidlər (QEYD + FOTOLAR)


oxunma sayı: 973 Paylaş:

FutbolPressAzərbaycan millisi "Niyə də yox" deyib çıxdığı yolun "ekvatorunu keçəndə" eyforiyadan ayıldı. Şimali İrlandiya ilə evdə və səfərdə müvafiq olaraq, 0:1 və 0:4 hesablı məğlubiyyətlər bunadək Norveçlə evdəki qələbə, Çexiya səfərindən xalla qayıtmaq kimi halların verdiyi hallandırmadan ayıran ayran kimi...

İndi biz "Ulleval"dayıq və burda hər kəsdə qayğı cizgiləri qabarıqdı (yerli vaxtla: 20:23).

Jurnalistlər Bakı-İstanbul-Oslo yolunun yorğunluğundan, baş məşqçi Prosineçki Azərbaycan millisindən getməyə çalışıb, gedə bilməməyindən, Vaqif Sadıqovla İsgəndər Cavadov meydançanın kənarında otərəf-butərəfə getməkdən -  yorğunluq...

Az əvvəl başa çatan oyunqabağı mətbuat konfransında Robert Prosineçkninin bu matça hazırlaşmağa vaxt azlığından elədiyi şikayət bir az kuryoz məqam kimi yadda qaldı. Kamran Ağayevin qapını qoruyacağı sabahkı oyuna, "Allah, kömək ol!"...

Konfrans başa çatanda Prosineçki bizə nigaran, narahat baxışlarıyla əl sallayıb, getdi komandanı ilk 15 dəqiqəsi media üçün açıq məşqə çıxarmağa. Bizdə isə hələ ritorik yükü olan suallar qaldı.

Osloda yağışlı, çiskinli hava günboyu hakim olub. Axşamayaxın üfüqdə sökülən dan yerinə bənzəyən dağılmış buludların oyanından boylanan günəş və ətrafındakı buludluluğun yaratdığı mənzərə bizə ümid işığıdır. İşığıdır?

Sabaha günəşli hava proqnoz edilib. Əslində hamımız işıq gələn tərəfə üstünlük veririk; itin hürməyi də fon...

Elçin Cəlilov

Oslo, Norveç














oxunma sayı: 973 | Paylaş:




?>