')

Bu gün:


FutbolPress.Az | Elşad Əhmədov şansı haqq edir (KİÇİK QEYD)

Elşad Əhmədov şansı haqq edir (KİÇİK QEYD)


oxunma sayı: 627 Paylaş:

FutbolPressAtaların son ümiddə dediyi.. TPL-in 3-cü turunda "Neftçi" xal üzü gördü. Elxan Abdullayevin şükürlər dedirdən gedişindən sonra "Neftçi"nin futbolunda naxışların dəyişdiyini görmək olurdu.

Şahin Diniyev oyunsonrası mətbuat konfransında: "İnanın, son bir-iki ildə "Neftçi"ni belə görməmişdim. Çox yaxşı oynadılar".

Əlbəttə ki, Diniyev rəqib prizmasından yanaşaraq, bir az da mübaliğələndirmədə bulunub. Çox yaxşı olması mümkün deyildi, çünki naməlumluqlar içində üzən "Kəpəz"ə qarşı 0:0 eləməyə yaraşmır bu təyinat. Ancaq oyun dəsti-xəttində fərqliliyin olduğunu görmək mümkün idi.

Dublun baş məşqçisi Elşad Əhmədovun "fikri var". Ən azı, "Neftçi" bu dəfə 5 müdafiəçi ilə meydana çıxmadısa.. ax, Abdullayev, sən nə günə qoydun bu komandanı?!

Oyunsonrası konfransda baş məşqçi vəzifəsini müvəqqəti icra edən Əhmədovun "çox işləmək lazımdır, lap çox" və "bu komanda ilə bu vəziyyətdə ilk "dördlüy"ə oynamaq olar" deməsi.. Bəlkə elə Əhmədov qalsın bu postda?

Millinin oyunlarıyla əlaqədar çempionatda yaranacaq fasilədə yoxlama matçı keçirib Əhmədovun komandanı sparrinqə necə hazırlamasına bir də baxmaq olar...

"FutbolPress"


oxunma sayı: 627 | Paylaş:




?>