"Qarabağ"a ayrılan 2 milyon və ... (KİÇİK QEYD)
Paylaş:
Bu gün ölkə prezidenti İlham Әliyev futbol tariximizdə ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksələn "Qarabağ"ı qәbul edib. Xәbәr verilir ki, dövlət başçısı klub üçün 2 milyon manat ayrılmasına göstәriş verib.
Ancaq daha yaxşı olardı ki, ölkә futbolunun gәlirgәtirәn sahәyә çevrilmәsi üçün bu istiqamətlərdə tapşırıqlar olsun:
- Futbol rәhbәrliyi açıq seçki yoluyla seçilsin. Seçkidә vә namizәdlikdә iştirak edәnlәr sahәyә bәlәd vә peşәkar insanlar olsun.
- Avrokuboklarda uğur qazanan klublarda buna görә UEFA-dan verilәn pul mükafatından vergi tutulmasın (Mәsәlәn, "Qarabağ" ÇL qrupuna düşdüyü üçün 30 milyon manata yaxın gəlir əldə edib. Bunun 20%-dәn çoxu vergi kimi tutulacaq. Belәdә AFFA ölkә çempionatında mükafatçılar sırasına düşənlərə pul vermirsә, onda klubun Avropaya çıxmaq üçün stimulu az olacaq).
- Hazırkı idarәçiliyin buraxdığı sәhvlәrin müәyyәnlәşdirilmәsi üçün komissiya yardılsın. Yeni inkişaf proqramı tәrtib edilsin...
"FutbolPress"
| Paylaş: