')

Bu gün:


FutbolPress.Az | "Kəpəz"in zədəlisinin durumuna aydınlıq gəldi

"Kəpəz"in zədəlisinin durumuna aydınlıq gəldi


oxunma sayı: 96 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının ilk turu çərçivəsində “Sumqayıt” ilə görüşdə xəsarət alan “Kəpəz”in üzvü Novruz Məmmədovun vəziyyətinə aydınlıq gəlib.

Rəqib futbolçu ilə mübarizədə zədələnən və oyunu sona kimi davam etdirə bilməyərək 74-cü dəqiqədə əvəzlənən müdafiəçi indi özünü yaxşı hiss edir. Məmmədovun qabırğaüstü əzələsi əzilib.

Bu zədə tez bərpa olunandır. Novruz əvvəlcə fərdi məşqlərlə başlayıb, tezliklə kollektiv hazırlığa qoşula biləcək. 


oxunma sayı: 96 | Paylaş:




?>