Jezniçakdan azarkeşlərə təşəkkür: "Fantastik ab-hava idi"
Paylaş:
“Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”ə (1:0) qarşı keçirilən oyununda tribunaları dolduran azarkeşlərə təşəkkür edib.
Polşalı oyunçu bununla bağlı feysbuk hesabında paylaşım edib. O, stadionda möhtəşəm ab-hava olduğunu yazıb:
“Azarkeşlərimizə böyük təşəkkürlər. Bir sözlə, stadionda fantastik ab-hava yaratmışdınız”.
Bu komandalar arasındakı cavab görüşü avqustun 23-də Danimarkada keçiriləcək.
| Paylaş: