')

Bu gün:


FutbolPress.Az | Maksim Medvedev: "Bu gün 11 nəfər yox, bütün Azərbaycan xalqı oynayırdı"

Maksim Medvedev: "Bu gün 11 nəfər yox, bütün Azərbaycan xalqı oynayırdı"


oxunma sayı: 414 Paylaş:

FutbolPress"Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Kopenhagen” (1:0) oyunundan sonra Ağdam klubunun futbolçusu Maksim Medvedev jurnalistlərin suallarını cavablandırıb.

Komandanı meydana kapitan sarğısı ilə çıxaran təcrübəli oyunçu əvvəlcə matç barədə fikirlərini bildirib:

"Ağır oyun oldu. Rəqib səviyyəli komandadı. Əlimizdən gələni etdik ki, sona qədər mübarizə aparaq. "Kopenhagen"i 3 gün ardıcıl analiz etdik. Bizim üçün tarixi şansdır və bunu əldən vermək istəmirdik. Bu gün 11 nəfər deyil, sanki bütün bütün Azərbaycan xalqı oynayırdı. Azarkeşlərimiz möhtəşəm idi. Çempionlar Liqasının himni ilk dəfə stadionumuzda səslənən zaman azarkeşlərin çıxardığı səs tüklərimi biz-biz etdi. Hər kəsə təşəkkür edirəm".

- İkinci hissədə “Qarabağ”ın qol vuracağını gözləmək olardı. Amma...
- 1:0 hesabı yaxşı nəticədir. Qol buraxmadıq. İmkanlarımız da çox oldu. Rəqib qapıçı 3 əla qurtarışla yadda qaldı.

- “Kopenhagen”li futbolçunun təxribatına uyub, onunla gərgin an yaşadın...
- Rəqib təcrübəlidi. Biz də emosional oyunçularıq. Baş məşqçimiz tapşırmışdı ki, diqqətli olun. Skandinaviya ölkələrinin klubları belə oyun sərgiləyirlər.

- Cavab oyununda bu azarkeşlər olmayacaq. Skandinaviyalı azarkeşlərin önündə “Qarabağ” uğurun davamını gətirə bilərmi?
- Biz ora mübarizə üçün gedirik. Avropada da azarkeşlərimiz var. Onlar bizi tək buraxmayacaqlar. Sosial şəbəkələrdə bizdən bilet də istəyirlər. Onları gözləyirik.

- Qrup mərhələsinin sevincini Bakıda qeyd etmək də maraqlı olardı...
- Hər oyunçunun arzusu ÇL-in qrupunda oynamaqdır. Ancaq tur iki oyundan ibarətdir. Cavab matçı çətin olacaq.


oxunma sayı: 414 | Paylaş:




?>