"Səfərdə yeni tarix yazmalıyıq" - Mahir Mədətov
Paylaş:
Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə oyunda yeganə qolun müəllifi olan “Qarabağ”ın futbolçusu Mahir Mədətov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Fərqlənəcəyini gözləyirdin?
- Qol vuracağımı gözləmirdim. Özümə də sürpriz oldu. Belə bir turnirdə ilk dəfə idi ki, rəqib toru silkələdim. Hələ işimiz bitməyib. Cavab oyunu da var, arxayınlaşmaq olmaz.
- Qol vuranda sevinmək üçün tərəddüd etdin. Düşünürdün ki, oyundankənar vəziyyət var?
- Bəli, belə oldu. Sonra hakimə baxdım və gördüm ki, əli yuxarıda deyil, mərkəzə doğrudur. Mən də qol sevincimi qeyd etdim.
- Cavab matçı barədə nə düşünürsən?
- Çətin olacaq. Bu oyun da çətin oldu. Əsas üstünlükləri azarkeşləri olacaq. Ancaq bizdə bütün gücümüzü ortaya qoyacağıq. Səfərdə tarix yazmalıyıq, əlimizdən gələni edəcəyik.
- İkinci hissədə daha çox qol şansı oldu, amma yararlana bilmədiniz...
- Ən azı iki qolla qalib gəlsəydik, yaxşı olardı. Bir top o qədər də böyük üstünlük deyil. Bu səbəbdən arxayınlaşmaq olmaz. Rəqibin adı və oyunu bizə yaxşı məlumdur.
- “Kopenhagen”ə yaxşı bələd oldunuz. “Qarabağ” səfərdə bu komanda ilə oynaya biləcəkmi?
- Baxarıq. Bu gün yaxşı əziyyət çəkdik. Əlimizdən gələni edəcəyik.
| Paylaş: