"Real" narazı qalıb - Ronaldoya verilən cəzadan
Paylaş:
"Real" yaxın 10 gün ərzində Kristiano Ronaldoya verilən 5 oyunluq cəzaya etiraz etmək üçün apellyasiya şikayəti verəcək.
Bu barədə "Marca" qəzeti məlumat yayıb. Bildirilib ki, "kral klubu" portuqaliyalı oyunçuya verilən cəzadan narazı qalıb.
"Barselona”ya qarşı keçirilən superkubokun ilk oyununda qırmızı vərəqə aldıqdan sonra baş hakim Rikardo de Burqosu Benqonçeanı itələyən portuqaliyalı ulduz 5 oyunluq cəzalandırılıb. Ronaldoya cəzanın 4 oyunu hakimi itələdiyinə, bir oyunu isə qırmızı vərəqəyə görə kəsilib. Beləliklə, 32 yaşlı hücumçu "Barselona" ilə superkubokun təkrar görüşünü, həmçinin La liqada "Deportivo", "Valensiya", "Levante" və "Real Sosyedad"la görüşləri buraxacaq.
| Paylaş: