')

Bu gün:


FutbolPress.Az | "Kəpəz"ətrafı şübhələr (PAMFLET)

"Kəpəz"ətrafı şübhələr (PAMFLET)


oxunma sayı: 1119 Paylaş:

FutbolPressGəncə Azərbaycanın futbol xəritəsində paytaxtdı. Burdan nəinki ölkə üçün böyük adlar çıxıb, həm də daim çevik, aktiv tərəfdar kütləsinə malik, sanki şəhər boyda bir stadiondur.

Ancaq ölkə futbolunun vaxtilə tamamilə dostasiyadan asılı salınmasının əvvəldən proqnoz edilən hazırkı idbar duruma sürüklənməsi futbol paytaxtımızı da urvatdan salıb. İndi "Kəpəz" AFFA-nın, yəni SOCAR-ın, lap yəni isə xalqın sərvəti hesabına, ancaq bir qrup məmurun mənfəəti üçün var...

"Kəpəz"in 10-15-20 il əvvəlki varlığı indikindən minqat mərifətliydi. Gəncə futbolu məhsullar yetişdirirdi.

Həmin miraslardan bugünə gəlib çıxan azsaylı nümunələrdən biri də gəncəli fanatlardı. Yenə fəaldılar, minimum şəraitlə maksimum effekt yarada bilirlər. Ancaq ev oyunlarını Gəncə stadionunda qəbul edərsə...

Bunların hərəsi ayrı-ayrı istiqamətlərdə uzun müzakirəyə səbəb olacaq mövzulardı, sözümüz başqadı. Gəncədən heç xoş xəbərlər gəlmir. Onlar nədənsə əmin olmayınca bu qədər kütləvi rəy formalaşmaz. Tez-tez redaksiyamızla əlaqə saxlayan gəncəlilər, gəncəətrafı tərəfdarların dedikləri klub ətrafında maxinasiyaların cövlan etdiyini düşünməyə əsas verir. Dünən "futbolinfo.az" da məsələni qabardıb. Bəli, Gəncədə klub üçün ianələr yığılır. İmkanlı iş adamlarından, müəyyən idarələrdən və s. Bu, icra hakimiyyətinin göstərişi adıyla olan naməlum təşəbbüsdür. 

Mümkündü ki, tutalım, Mikayıl Nərimanoğlunun bu məsələlərdən xəbəri olmasın. Bu məqamda Mikayıl bəy haqda lokal dosye:

- AFFA Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi
- "Kəpəz"in Müşahidə Şurasının üzvü
- 2 həftəyə yaxındır ki, məzuniyyətdədi
- "Kəpəz" haqda haçan problem olduğu soruşulsa da, bunları dərhal inkar edən avtomat rejimi var; tiptronik və s. də
- Müşahidə Şurasının üzvü olsa da, "Kəpəz" haqda bütün suallar ona ünvanlanır. AFFA-dakı strateji vəzifəsi bir yana, "Kəpəz"ə daha çox vaxtı gedir və nə onu, nə bunu tam yarıda bilir. 
- AFFA-dakı işinə görə ayrıca, "Kəpəz"dəki MŞ vəzifəsinə görə də ayrı maaş alır, maşallah və ilaxır.

Mikayıl bəy bu sahədə lap çoxdan olan biridir. İstəsə belə, təcrübəli olmaya bilməz. Odur ki, biz ona təcrübəli futbol funksioneri xitabıyla müraciət eləməkdə yanlışa yol vermərik.

Mikayıl bəy, Gəncə İH adından ianələrin toplanması məsələsini MŞ-nın növbəti, haçansa olacaq iclasında qabartmanız mümkündürmü? Bilirəm, "Gəlin belə danışaq da..." epiloqunuz hazırdır, startdadır söhbətə başlamağınızçün.  Ancaq nəzərə alsaq ki, "Kəpəz"in MŞ-sı axırıncı dəfə haçan toplandığı heç Strabona da məlum deyil, onda bu işi  bir az tezləşdirmək gərəkdir. Yəni MŞ-ya qalsa, heç sədrini tapmaq müşküldü, nəinki üzvlərini, yaxşsı, siz bu məsələni şəxsən araşdırın.

Bu haqda mediaya, ictimaiyyətə bilgi, iddiaların yanlış olduğunu isbatlayan bəyanat çatdırmaq gərəkdir.

Gərək olan əsas detal "Kəpəz"in aşağı yaş qruplarının faydalı iş əmsalını artırmaqdır. Ancaq bu istiqamətdə durum faciəvidi. Onda "Kəpəz" adına AFFA-dan, (Oxu: SOCAR-dan), (yenə oxu: xalqın sərvətindən) niyə 2-3 milyon ayrılır hər il? Məsələn, 5 il sonra "Kəpəz" mövcudluğu üçün məsrəf ediləcək 10-15 milyonun nəticəsi kimi ortaya nə qoyulacaq? Varmı real məhsul? Nrç.

Bütün bunlar işin peşəkar tərəfidir və biz "Kəpəz" ətrafında durumu təhlil edəndə görürük ki, peşəkar müzakirələrə çatmaqçün hələ "n" sayda məişət problemləri həllini tapmalıdır. İanəbazlıq və bu kimi şeylər qoysa...

"FutbolPress"


oxunma sayı: 1119 | Paylaş:




?>