')

Bu gün:


FutbolPress.Az | Onun ağlamalı zarafatları (QEYD)

Onun ağlamalı zarafatları (QEYD)


oxunma sayı: 1055 Paylaş:

FutbolPress"Sumqayıt" - "Kəpəz" oyunundan (2:1) sonra Ramin Musayev jurnalistlərin ciddi mövzulara aid suallarına yumoristik (?), isterik, ironik cavablar verib. Gəlin baxaq:

- PFL-in belə bir səlahiyyəti var ki, komandalar stadionda oturacaqların sayını artırmaq üçün şərt qoysun?

- İnşallah, nəsə edəcəyik. Klublardan borclarımızı yığsaq, tribunanı həmin “Sumqayıt” azarkeşlərinə hədiyyə edəcəyik.


Əslində isə demək istəyir ki, vecinə alıb, cəriməni verən yoxdur.

Ardına baxaq:

- Klublara verilən möhlət nə vaxt bitəcək?

- Gərək yalan danışmayaq. Sənəd üzərindədir (gülür).

- Yəni verməsələr, problem yoxdur?

- Bütün dünyada maliyyə problemi var. Klubları sıxa bilmərik.

- Bəs PFL necə dolanır?

- Sağ olsun, sizi kimi qardaşlardan (gülür).


PFL-in büdcəsi əsasən cərimə haqlarından formalaşır. Amma adam da bu mövzulara lağlağıyla yanaşır. 

Nə müddətdir ki, AFFA baş katibi Elxan Məmmədov Klublar Komitəsini yaradıb, məqsəd də PFL-i sıradan çıxarmaq, külli-ixtiyarı ələ almaqdı. Mediada bu niyyətə qarşı kifayət qədər mövqe qoyulub. Görünür ki, əbəs yerə. Musayev öz davranışıyla bu məsələdə valın fırlanmasına səbəb olacaq. İnsan ciddiyyət tələb olunan məqamlarda əməlli-başlı lakkırtı məclisi açır. Və son 2-3 ildə tamamilə lakkırtışünasa çevrilib.

Uzun zamandı ki, Musayevi dindirəndə, "gedəcəm/gedirəm" deyir. Ancaq bu, "büdcəni artırın"a bir işarədən başqa heç nə deyil. Büdcəni isə bu il artırmaq bir yana, daha da azaltdılar.

Musayev, əsl zarafat məqamıdı, ha, bəlkə gedəsiniz?

Ancaq yox, hara gedir...

İxtisarların canı sağ olsun. Əsas Musayevin vəzifəsidi, onun maaşı/paketidir, hara getmək, nəyçün getmək. Bəs qalıb, bizimlə zarafatlaşan kim olacaq? Zarafatsız...

Elçin Cəlilov


oxunma sayı: 1055 | Paylaş:




?>