')

Bu gün:


FutbolPress.Az | "Gizlədəcək heç nəyimiz yoxdu" - Qurban Qurbanov

"Gizlədəcək heç nəyimiz yoxdu" - Qurban Qurbanov


oxunma sayı: 355 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında 2017/18 mövsümünə start verildi. Açılış oyununda “Qarabağ” səfərdə “Neftçi”yə qalib gəldi – 3:1. Matçdan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə görüş barədə fikirlərini bildirdi:

“Çox yaxşı komandaya qarşı oynayırdıq. Qalib gəlmək bizim üçün çox xoşdu. Futbolçularımızı və azarkeşlərimizi təbrik edirəm. Komandadan razı qaldım. Bir neçə gün sonra Çempionlar Liqasında oyuna çıxacağıq. Qarşıdakı günlərdə həmin matça hazırlaşmağa çalışacağıq”.

- Kintananın zədəsi nə yerdədi?
- Hələlik tam fikir deyə bilmərəm. Əvvəl zədələndiyi ayağıdı. Ola bilər çox ağır olmasın. Özünün dediyinə görə, əvvəlki zədə deyil. Bir az fərqli nahiyədəndi. Uyğun olmayan tərzdə ayağı sürüşdü və bütün güc ora düşdü. Sabah yəqin tam məlumat olar.

- “Kopenhagen”in nümayəndəsi oyunu izləyirdi. Bunu nəzərə alıb nəyisə gizlətdiyinizi demək olarmı?
- Belə deməzdim. Hələ optimal formada deyilik. Topla daha çox davranmaq lazımdı. Xüsusilə ikinci hissədə çox top itirdik. Gizlədəsi bir şey yoxdu. Bütün oyunlarımızı izləyirlər. Hər şey göz qabağındadı Həmin oyunda müəyyən dəyişikliklər olacaq. Amma indidən bu barədə dəqiq nəsə deyə bilməyəcəm.

- Rəşad Sadıqov “Kopenhagen”lə matça hazır olacaqmı?
- Hazır olma ehtimalı çoxdu. Həm onun, həm də Gerye və Riçardın. Hər üçün oynaya bilər.


oxunma sayı: 355 | Paylaş:




?>