')

Bu gün:


FutbolPress.Az | "CBC Sport"un ehtiyat eləməkliyi (QEYD)

"CBC Sport"un ehtiyat eləməkliyi (QEYD)


oxunma sayı: 1054 Paylaş:

FutbolPressDünən və bu gün eşitdik ki, "CBC Sport" kanalı idman KİV-lərinə dəvət göndərib. Dəyirmi masada növbəti mövsüm və s. mövzularda müzakirə üçün. Ancaq hamısına yox...

Dəvət edilməyənlər arasında biz də...

Görəsən səbəb nədir?

Bəlkə təsadüfdür... Bəlkə unudublar...

Yox, konkret cavabını tapmışıq. Çünki bu, ilk "unudulma" deyil. Bir müddətdir ki, daim dəvət aldığımız, efirində müxtəlif verilişlərdə olduğumuz sözügedən kanal artıq bizi nə çağırır, nə də arayır. Səbəbi də çox düşünməyə lüzum yoxdu, bizə məlumdur, nəhayət, bildirək ki, sizə də olsun.

Bu "yadlaşma"  AFFA yanında Media Komitəsindən istefamdan sonra başlayıb.

Kanalın təsisçisi AFFA-dı. AFFA-nın, yəni həm də kanalın rəhbərliyi kimlərdi? Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov və s. Yox, tələsməyin günahkar axtarışında deyilik, hələ bir az da söhbətləşək.

Saytımızda xüsusən son ərəflər quruma yönəlik ifşa/tənqid xarakterli məqalələr artıb. Bax, dəyirmi masaya dəvət edilməməyimizə yeganə səbəb də məhz budur.

Bəs bu doğrudurmu?

Əlbəttə ki, yox! Biz kanalın efirinə dəvət almamağımızı normal qarşılayırdıq. Ancaq dəyirmi masaya çağırılmamaq - bu, hörmətsizlik və kanal haqda şübhəli düşünməyə əsasdır. Hətta "İdman Azərbaycan"dan daha tolerant saydığımız "CBC Sport" elə deyilmiş. Çünki birincilər haqda daim tənqid yazsaq da, onlar dəvət göndərməyi bundan asılı qoymayıblar. 

Komitədən istefa verməyimə  görə kanalın məni efirə və dəyirmi masaya və s. tədbirlərinə dəvət eləməyinə  çəkinməsi heç xoş xəbər/görüntü deyil. Deməli, "CBC Sport" alternativ mövqeyə ehtiyatla yanaşır.

Görəsən bunu kim belə istəyir?

Sualın çox qəribə cavabı var: heç kim.
Bəli, qətiyyən inanmıram ki, Rövnəq Abdullayev belə bir tapşırıq versin (xe xe). Bəlkə arada Abdullayevin yadından da çıxır ki, belə bir kanal mövcuddu (yenə xexe). Çünki illik büdcəsi 80 min manat olan (tələblərə görə artmaq şərtiylə) AFFA yanında Media Komitəsinin varlığından da xəbərdar olmadığını illik hesabat konfransındakı reaksiyası ilə göstərmişdi.
Baş katib Elxan Məmmədovun da xarakterinə tanış biri kimi onun bu cür proseslərdə özünü tineycer kimi aparacağına qəti inanmıram. Bəs kanalın baş direktoru Volkan Üst?

O, çox səmimi, pozitiv, hər kəslə fərdi münasibət qura bilən, bunu bacaran və peşəkar biridi.

Bəs niyə bu baş verib?

Komitədən istefamızdan sonra kanalın efirinə çağırılmamaq - OK də...
Ancaq dəyirmi masaya, mövzsümün müzakirəsinə dəvət edilməmək... Burda aşıq heç qafiyə də düşünə bilmir.

Fikrimcə bu "qordi düyünü"nə oxşayan situasiyaya bir ad vermək olar: "ehtiyatlanmaq". Bəli, hamı ehtiyat edir. "Ehtiyat igidin yaraşığıdır". Gördüyümüz eybəcər mənzərəni yaradan yaraşıq...

Kanal rəhbərliyi ehtiyatlanır ki, biz AFFA-nı tənqid edən KİV-lərdən dəvət etsək, görəsən AFFA rəhbərliyi bunu necə qarşılayar.. ən yaxşısı, heç çağırmayaq. AFFA rəhbərliyinə soruşsan, and-aman edər ki, bu məsələlərdən heç xəbərdar deyil. Beləcə bu ehtiyat köpəyoğlu bütün ortamı qarışdırır, özü isə kənarda, neytral dayanır.

Bizim bu dəyirmi masada növbəti mövsümçün nələr eləmək lazımdır mövzusunda kifayət qədər deyəcəklərimiz ola bilərdi. Ən azı, kanalın format məsələlərindəki bəzi yanlışlıqları, edilməli olan işləri və s. qeyd edə bilərdik.  Ancaq ehtiyat yoldaş mühitimizi Transilvaniya sirlərinə döndərib...

Elçin Cəlilov


oxunma sayı: 1054 | Paylaş:




?>