')

Bu gün:


FutbolPress.Az | TPL klublarının rekordçuları (SİYAHI)

TPL klublarının rekordçuları (SİYAHI)


oxunma sayı: 199 Paylaş:

FutbolPressBu həftə start götürəcək Topaz Premyer Liqasının 2017/18 mövsümündə 8 komanda iştirak edəcək.

Debütant “Səbail”dən başqa bütün klublar ölkə çempionatının yüksək dəstəsində ən azı bir neçə mövsüm keçirib. Bu üzdən hər klubun Premyer Liqada öz rekordçuları var.

Peşəkar Futbol Liqasının rəsmi saytı 7 klubun hər birinin heyətində ölkə çempionatında ən çox oyun keçirən və qol vuran rekordçuların siyahısını təqdim edib:
 
Klubların çempionatdakı oyun sayında rekordçuları
“Qarabağ” - Aslan Kərimov – 268
“İnter” - Vladimir Levin - 205
“Kəpəz” - Azər Məmmədov - 186
“Neftçi” - İqor Getman - 182
“Qəbələ” – Dodo - 131
“Sumqayıt” - Slavik Alxasov - 126
“Zirə” - Viktor İqbekoyi - 56
 
Klubların çempionatdakı qol sayında rekordçuları
“Qarabağ” - Müşfiq Hüseynov - 109
“Neftçi” - Samir Ələkbərov - 99
“Kəpəz” - Fazil Pərvərov - 80
“İnter” - Baçana Sxadadze - 31
“Qəbələ” - Viktor Mendi - 29
“Sumqayıt” - Pərdis Fərcad-Azad - 22
“Zirə” - Nelson Bonilla - 14
 
Qeyd: Klublar rekordçunun göstəricisinin ardıcıllığı üzrə sıralanıb.


oxunma sayı: 199 | Paylaş:




?>