"İnter" "İnter Arena"da qaldı
Paylaş:
"İnter"in yeni mövsümdə ev oyunlarını harda keçirəcəyi bəlli olub. Paytaxt təmsilçisi "İnter Arena"da qalacaq.
Bu barədə klub rəsmi məlumat yayıb. Bildirilib ki, bu barədə AFFA və "Aqrarkredit" arasında aparılan danışıqlar nəticəsində anlaşma əldə olunub. Razılığa görə, “İnter”-in əsas və uşaq futbol komandaları 2017-2018-ci il mövsümü ərzində “İnter Arena” stadionunda qalaraq fəaliyyət göstərəcək:
“İnter” PİK-in əsas komandası növbəti mövsümdə ev oyunlarını "İnter Arena" stadionunun əsas meydançasında keçirəcəkdir. Uşaq-Gənclər Futbol Məktəbinin komandaları da "İnter Arena" stadionunda fəaliyyət göstərəcəkdir".
Uzun müddətdi "İnter"in bu stadionu tərk edəcəyi və oyunlarını "Dalğa Arena"da keçirəcəyi deyilirdi.
| Paylaş: