')

Bu gün:


FutbolPress.Az | Böyük problemin astanasında (QEYD)

Böyük problemin astanasında (QEYD)


oxunma sayı: 918 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının 2017/18 mövsümü bu həftə start götürəcək. Hərə bir cür hazırlaşıb. Hakimləri isə aşağı səviyyəli toplanışla yola verdilər. Gələcək böyük problemin rüşeymləri də məhz bu məqamdan qaynaqlanır.

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bildirmişdi ki, bu dəfə xaricdə toplanış keçirilməməsinə səbəb maliyyə problemi yox, guya istənilən sayda sparrinqlərin olmamasıymış.

Reallıq nədir?

Hakimlərin xaricdə toplanış keçməməsi sırf maliyyə probleminə əsaslanaraq, təxirə salınıb. Bunu bəhanə  edən də baş katib Elxan Məmmədovdu.  Halbuki bu, qaydaları pozmaqdır. Hakimlərin toplanışı üçün maliyyə problemi ola bilməz.  UEFA-dan bu cür əhəmiyyətli məsələlərçün dotasiya ayrılır.

Bəs toplanış niyə xaricdə baş tutmadı?

Hakimliyin problemlərlə yanaşı hallandırılması baş katibə sərf edir. Çünki mediada hakimlik müzakirə ediləndə daha çox Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev hədəfə gətirilir. Halbuki komitə katibliyə tabedir, PFL-ə yox. 

Məmmədovun Musayevi çox məsələlərdə neytrallaşdırdığı məlumdur. Bu ərəfələrdə onu növbəti problemlə hədəfə gətirmək cəhdi budur. Məhz bu məqamda diqqətli olmaq lazımdır. Hakimlərin hər səhvi Musayevin, Xaqani Məmmədovun yox, birbaşa baş katibin adına yazılmalıdır. Xaricdə toplanış üçün maddi imkan ola-ola buna mane olması onun büdcəni düşünməsi yox, mənfəətbaz olmasını düşünməyə əsas verir.  Musayevin və hakimbaşı Məmmədovun baş katibin yanlış qərarına etiraz bildirməməsi, əksinə, anormallığı normallıq kimi sırıması da unudulmamalıdır. Onlar vəzifədə qalmağı yenə üstün tutdu. 

 Ən əsası, martdakı illik hesabat konfransında AFFA prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, hakimlərin xaricdə toplanış keçməsi vacibdir və bununçün heç bir maddi, yaxud hər hansı digər problem ola bilməz. Abdullayev hətta medianın da toplanışı yerində izləməsinin təmin edilməsinə göstəriş vermişdi. 

Bəs nə oldu?

Məmmədov toplanışa mane oldu. Məqsədini də az əvvəl açıqladıq. Bununla hədəfə həm də Abdullayev gəlirmi? Adamın yalan açıqlama verdiyi, sözünün üstündə durmaması faktı ortadadırmı? 

AFFA-nın, SOCAR-ın büdcəsinə müdaxilə etmədən bu toplanışın gerçəkləşirilməsi mümkün ola-ola, bu, baş tutmasın - anormallıq.

***               ***               ***

Xatırlayırsınızsa, Elxan Məmmədovun videotəkrar  texnikasının üstünlüyü haqda məqalə çıxmışdı. Və bunun Topaz Premyer Liqasında tətbiqinin vacibliyini qabartmışdı. Nə məcburdur? Hələ böyük ölkələr bu layihəni uzaq perspektivçün qəti olmayan tədbirlər sırasına daxil edibsə, baş katibin bu hövlnak təşəbbüsünün səbəbi nədir?

Hakimlərin hazırlığı zəif olub. Bu mövsüm çempionatda kifayət qədər səhvlər olacaq. Belədə baş katib politik gedişinin davamını gətirə bilər. Videotəkrar Azərbaycanda reallaşdırılsın.

Aha...

Bununçün avadanlıqlar lazımdırmı? Bəli.  Məsələnin incə məqamı da bunda gizlənib. Necə ki, AFFA nəzdində/himayəsində olan stadionların meydançalarının yenilənməsi və s. Elxan Məmmədovun monopoliyasındadı, eləcə də videotəkrarın tətbiqi üçün avadanlıqları da o gətirər ölkəyə. 

AFFA prezidenti Rövnəq Abdullayevin səlahiyyətlərini de-fakto yerinə yetirən Məmmədovun sırf dost-tanışını bəsləməyə hesablanan mənfəətbaz  siyasəti günün birində araşdırılsa, ortaya tükürpədici faktların çıxacağı şübhəsizdir. Belədə cavabdeh kim olacaq, cənab Abdullayev? 

Elçin Cəlilov


oxunma sayı: 918 | Paylaş:




?>