')

Bu gün:


FutbolPress.Az | Premyer Liqa klubu loqosunu dəyişdi - FOTO

Premyer Liqa klubu loqosunu dəyişdi - FOTO


oxunma sayı: 333 Paylaş:

FutbolPressBu il Premyer Liqada debüt edəcək "Səbail"də daha bir yenilik baş verib. Paytaxt təmsilçisi ölkə çempionatının elitasına yeni loqotipin müşayiəti ilə qədəm qoyur.

Loqonun mərkəzində klubun adının birinci hərfini əks etdirən S hərfi yer alıb. Bütövlükdə "Səbail"in özünü simvolizə edən hərfin ətrafında mavi rəngin iki çaları öz əksini tapıb. Bunlardan nisbətən açıq rəngdə olanı dəniz, daha tünd rənglisi isə dəniz dalğası anlamındadır.

Sulara qərq olmuş Səbail qalası haqqında əfsanənin motivlərini özündə əks etdirən loqotip daha çox sadəliyi ilə diqqət çəkir, başqa sözlə, son dövrlərdə bir çox klubların öz loqolarını yenilədiyi zaman müraciət etdiyi minimalizm tendensiyası əsasında yaradılıb.



oxunma sayı: 333 | Paylaş:




?>