')

Bu gün:


FutbolPress.Az | Baqali Dabo: "Bakıda vəziyyəti xeyrimizə dəyişə bilərik"

Baqali Dabo: "Bakıda vəziyyəti xeyrimizə dəyişə bilərik"


oxunma sayı: 117 Paylaş:

FutbolPress"Qəbələ"nin futbolçusu Baqali Dabo Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə "Panatinaikos"a uduzduqları matçdan (0:1) sonra açıqlama verib.

Yunanıstan mətbuatına danışan futbolçu nəticəni yaxşı sayıb:

"Panatinaikos" çox yaxşı komandadı. Bizim üçün çox çətin oyun oldu. Rəqib ikinci, hətta üçüncü qolu da vura bilərdi. Bu, olmayıbsa, qapıçmıza təşəkkür etməliyik. Düşünürəm ki, 0:1 hesablı məğlubiyyət bizim üçün yaxşı nəticədir. İnanıram ki, cavab oyununda vəziyyəti öz xeyrimizə dəyişə biləcəyik. Növbəti mərhələyə adlamaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

Tərəflər arasında cavab qarşılaşması avqustun 3-də Bakıda keçiriləcək. 


oxunma sayı: 117 | Paylaş:




?>