')

Bu gün:


FutbolPress.Az | Seriyanın sonu

Seriyanın sonu


oxunma sayı: 226 Paylaş:

FutbolPress"Qəbələ" Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Yunanıstan "Panatinaikos"u ilə qarşılaşıb. Afinada keçirilən matç təmsilçimizin məğlubiyyətiylə nəticələnib - 0:1.

Bu nəticə elladalılara ilk yenilgimiz kimi tarixə düşüb. Buna qədər baş tutan 8 görüşün heç birində Azərbaycan klubları yunanlara uduzmamışdı. Təmsilçilərimiz 2 dəfə üstün olmuşdusa, 6 matç bərabərliklə başa çatmışdı. Top fərqində isə  klublarımızın 7:4-lük üstünlüyü var idi.

Yunan klubları ilə ən çox üz-üzə gələn "qırmızı-qaralar" olub. "Panatinaikos"la matç 5-ci duel kimi qeydə alınıb. Əvvəlki oyunların hamısı heç-heçə başa çatıb. 2015-ci ildə Avropa Liqasının pley-offunda "Panatinaikos"la qarşılaşan Roman Qriqorçukun komandası Bakıda 0:0 oynayıb, səfərdə 2:2 hesablı heç-heçə ilə tarixində ilk dəfə qrup mərhələsinə yüksəlib.

"Qəbələ" həmin mövsüm qrupda da Yunanıstan klubu ilə üz-üzə. PAOK-la hər iki görüş qolsuz bərabərliklə başa çatıb.

Saloniki təmsilçisi Azərbaycan klublarının yunanlar üzərində hər iki qələbəsinin də iştirakçısıdı. Ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ" PAOK-u iki dəfə məğlub edib - 2:0, 1:0.

Yunanıstan klubları ilə daha iki matç isə "İnter"in payına düşür. 2012/13 mövsümündə "Asteras"la keçirilən oyunlar 1:1 hesabıyla başa çatıb (penaltilər 2:4).


oxunma sayı: 226 | Paylaş:




?>