')

Bu gün:


FutbolPress.Az | Kamran Ağayevin debütü baş tutmadı

Kamran Ağayevin debütü baş tutmadı


oxunma sayı: 166 Paylaş:

FutbolPressAvropa Liqasında III təsnifat mərhələsinin oyunları keçirilir. Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin formasını geyindiyi Çexiya "Mlada"sı da bu mərhələdə ilk oyununa çıxıb.

Boleslav təmsilçisi doğma azarkeşləri önündə Albaniyanın "Skenderbeu" klubunu qəbul edib. Görüş meydan sahiblərinin qələbəsiylə başa çatıb - 2:1.

Çexiya klubu ilə yenicə müqavilə imzalamış Kamran bu görüşün iştirakçısı olmayıb. Baş məşqçi Duşan Uhrin onun adını heç "ilk 18-liy"ə də daxil etməyib.

Bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Albaniyada keçiriləcək.


oxunma sayı: 166 | Paylaş:




?>